|
|||
Allahın isim və sifətləri ilə.Стр 1 из 2Следующая ⇒
VASİTƏ ETMƏK VƏ ALLAHDAN BAŞQASINA DUA ETMƏK ŞİRKDİ. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Qurannan, Sünnədən və elədə alimlərin icmasından məlumdu ki, Allaha dua etmək üçün insan şəriətdə, üç cür vasitə ilə dua edə bilər. 1) Allahın isim və sifətləri ilə. 2) Allah üçün etdiyin əməllər sayəsində. 3) Dünyada yaşayan, ölməyən insana (məsələn ana, ata, hökmdar ya da əməli saleh insana) deyə bilərsən ki, o sənin üçün Allaha dua etsin. Necə ki, Quranda və sünnədə çox yerdə vər ki, insanlar öz Peyğəmbərləriylə yaşadıqı vaxta onlardan xahiş edirlər ki, onlar Allaha dua etsinlər. Amma heç kəsə icazə yoxdur bunu: yanında olmayan insandan ya da ölü insanı Allahla öz arasında vasitə edib istəməyə.
Belə ki, bu böyük şirkdi! Sadəcə insanlar dinlərini və keçmişdəkilərin hadisələrin öyrənmədiklərinə görə bilmirlər və haqqdan razılaşmırlar ki, bu böyük şirkdi. Hələ ona baxmayaraq ki, onlar onu icazəli və sünnə olaraq adlandırırlar, Allah onları rüsvay etsin! Halbu ki, bu şirk dünyada ən birinçilərin etdiyi şirk olub, hansına görə, Uca Allah, Elçini Nuhu (aleyhissəlam) göndərib ki, O insanları xəbərdar etsin ki, onlar şirkə, Allaha iftıra atmaqa son qoysunlar, ibadəttə Allaha şərik qoşmasınlar və ölüləri vasitə etməyərək bir başa Allaha dua etsinlər. Amma onlar Huhu (aleyhissəlam) inkar edərək bu şirki davam etdilər etməyə, deyərək ki, biz günahkarıq, biz bir başa Allaha dua edə bilmərik, Allah bizə cavab verməz. Ona görə də, biz bunları Allahla öz aramızda vasitə edirik, çünki onlar əməli saleh olublar, Allahın sevimli qulları olublar, və onların vasitəçiliyilə bizə Allah yardım edir. Elədə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında olan insanlar bunu bu cür edirdilər, ölüləri, bütləri Allahla öz aralarında vəsitə edib dua edirdilər, və onlar bəzilərinin iftırasınnan onlardan şəfa, ruzi, yağış istəmirdilər, xeyir! Onlar bilirdilər ki, bunları verən ancaq Allahdı.
Allah Təalə Buyurur: (Ey Muhəmməd onlar) De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunus 31)
İmam əs-Suyuti əş-Şəfii (rahiməhullah, hicrin 911ci ilidə vəfat edib) demişdir: Onların (qureyşlilərin) imansızlıqı ondan ibarət deyiliydi ki, onlar yaradanı və Onun İlahlıqını inkar edirdilər, onlar hesab etmirdilər ki, onların bütləri yaradırlar ya da nəynənsə idarə edirlər. Əksinə onlar (bunun hamsını Tək) Allaha (olduqunu) təstiq edirdilər, Onun İlahlıqını, təstiq edirdilər ki, (ancaq) O yaradandı və idarə edəndi, necə ki, bu sözlərdə işarə olunur: Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər! (əz-Zuhruf 87). Onlar ancaq ehtimal edirdilər ki, (onların) bütləri Allahın qarşısında onlar üçün şəfaət edəcəklər: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər (əz-Zumər 3) (ət-Təzim və əl-Minnə, 44-45 vərəq)
Elədə bu 20 və 21ci əsrin insanları, onların etdiyini davam edirlər etməyə necə ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: Mənim ümmətim özlərindən əvvəlki ümmətlərin yolunu tutub qariş-qarış, ərəş-ərəş getməyincə, Qiyamət qopmayacaq. Onlar (səhabələr) soruşdulər: Ey Allahın Elçisi! Farslər və rumlular kimi? Peyğəmbər (salləllahu aleyhi və səlləm) Onlardan başqa kim ola bilər?! Dedi. (əl-Buxari 7319, Müslim 2023)
İbn Teymiyyə (rahiməhullah) bu hədis haqqında demişdir: Bu xəbərdarlıq kimi deyilib ki, gələcəkdə nə olacaq. Və qınamaq lazımdı, kim ki, onu edir və elədə Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə onnan xəbər etdi ki, insanlar Qiyamətə yaxın nə edəcəklər günahlardan, hansılar ki, onların arasında yayılıb. (Fəyd əl-Kədir, 5/262)
Və bunlarda- bu rafizilər, sufilər elədə başqa müşriklərdə onlar kimi deyirlər ki, biz onlardan şəfa, ruzi, ovlad istəmirik biz sadəcə onları Allahla öz aramızda vasitə edirik, biz onlara deyirik onlarda Allaha deyirlər, və Allahda onların xaişiylə bizim ehtiyaclarımızı edir. Onlar bizim dostlarımiz, vasitələrimiz, şəfaətçilərimizdi deyirlər. Və burda şirk deyilən bir şey yoxdur- deyirlər. Amma halbu ki, Allah Təalə məhz bunu şirk adlandırır və onu edəni müşrik adlandırır.
Allah Təalə Buyurur: Onlar (Müşriklər) Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunus 18)
Bu ayə hər tərəfdən vasitə edənləri və onu şirkdən kiçik günah adlandıranlara qarşı çıxır.
|
|||
|